Yanvarın 14 də Şamaxıda mitinq olacaq



Yanvarın 14- də Şamaxıda rayon fermerlərinin etiraz aksiyası keçiriləcək.

Fermerlər mitinq keçirmək üçün yerli icra hakimiyyəti orqanına müraciət ediblər.

Aksiyanın səbəbi fermerlərə məxsus olan torpaq sahələrinin onların əlindən zorla alınmasıdır. azadlıq.info ilə əlaqə saxlayan fermerlərdən biri bildirib ki, söhbət minlərlə hektar torpaq sahəsindən gedir.

«Hacıqabuldan Ağsuya və Şamaxının ucqar kəndlərinə qədər olan böyük örüş və otlaq sahələri zorla sahibkarlardan alınır,Paşayevlerin mülkiyyetine qatılır.

Bu ərazilərdə 150 min başa qədər qoyun-quzu saxlanılır və bu heyvanları da cəmi bircə ayın içində kəsimə vermək lazım gələcək.

Fermerlərə qəpik-quruş təklif edilir, etiraz edənlərə isə ümumiyyətlə heç ne verilməyəcəyi ilə hədələyirlər»- deyə sahibkar bildirib.
Əlavə edək ki, bu kampaniya keçən illər ərzində Aran Qarabağdakı fermerlərin bankrot edilməsi ilə başa çatıb. İndi isə Şirvan çölündəki bütün sahibkarlar müflis edilir.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s