Bloqer Mehman Hüseynov 5 nəfər mülki geyimli şəxs tərəfindən oğurlanıb


15894548_459852434402477_29345103917131538_n

NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənlinin yaydığı məlumata görə, Mehman Hüseynov yanvarın 9-da, saat təxminən 19:30-da onlardan ayrılıb, başqa bir dostu ilə görüşəcəyini deyib. Lakin həmin şəxslə də görüşməyib və o vaxtdan etibarən bloqqerin telefonuna zəng çatmır. Ülvi Həsənli məsələ ilə bağlı DİN-in 102 xidmətinə müraciət etdiklərini bildirib:

“Axtarışa vermək qərarına gəldik. Çünki 5 saatdan artıqır ondan xəbər yoxdu. Bəzi adamlar məlumat yayır ki, Mehman tapılıb. Doğru xəbər deyil. Mehmana görə narahatıq. O, ya oğurlanıb, ya da həbs edilib”.

Elvin Maqsudlu adlı “Facebook” istifadəçisi isə Mehman Hüseynovun Binəqədi rayon Polis İdarəsinə aparıldığı haqda məlumat aldığını yazıb.

Vəkil Elçin Sadıqov da 5-ci polis bölməsi ilə əlaqə saxladığını, orada belə bir adamın olmadığı barədə məlumat aldığını deyir.

Yanvarın 10-na keçən gecə, Bakı vaxtilə 2:50-də Mehman Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov “Sancaq” səhifəsindən canlı yayım edərək bloqqerin həbs olunma ehtimalını vurğulayıb:

“Aldığım məlumata görə, bu gün (9 yanvar nəzərdə tutulur-red) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib”.

Emin Hüseynov vətəndaşı saxlayarkən yaxınlarına xəbər verilməməsini qanun pozuntusu hesab edib və deyib ki, Mehman Hüseynovla bağlı hər hansı hadisə baş verərsə, onun işini davam etdirəcək.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s