Müstəqil Azərbaycan və 2017-ci il



Eks-spiker Rəsul Quliyev facebook səhifəsində xalqımızı yeni il münasibətilə təbrik edib.
-20-ci əsrdə Azərbaycana iki dəfə müstəqillik verilib. Birinci verilmiş müstəqilliyi ölkə bolşeviklərin aqresiyasına müqavimət göstərmədən itirib. İkinci müstəqillilik xalqa formaca müstəqil dövlət veribsə, insanların müstəqilliyi və azadlığı ardıcıl əlindən alınıb və nəhayət 2017-ci ilin astanasında camaat hüquqsuz kütləyə çevirib.
-Azərbaycan xalqına 2017-ci ildə heç olmazsa qismən azad bir həyat arzulayıram.

-Azadlığı uğrunda az da olsa mübarizə aparmağı, ən azı indiki rejimdən razı olmadıqlarını yüngül formada rejimin yaradıcılarının nəzərinə çatdırmağı arzulayıram.

-İşğal olmuş torpaqlarımızın qorxa qorxa olsa belə real azad olması haqqında düşünməyi arzu edirəm.

– İqtisadi vəziyyətinin düzəlməsini prezidentin yalançı, heç bir fundamenti olmayan çıxışlarında yox bu rejimin dəyişilməsində olduğunu anlamağı arzu edirəm.

-Müstəqillik aldığı 25 il ərzində yazıqlıq, məddahlıq mühitində qul vəziyyətinə salındığını nəhayət anlamağı arzu edirəm.

2017-ci il sizlər üçün dönüş ili olsun əziz azərbaycanlılar
Sözsüz mən Azərbaycana dönmək üçün mübarizəmi dayandırmamışam. İnterpoldan cavab aldığım kimi ümid edirəm bu yaxınlarda BMT-nin beynəlxalq məhkəməsindən də ölkəyə dönmək üçün qərar alacağam.
Sizi dərindən sevən və xoşbəxt görmək istəyən

Rəsul Quliyev