Eldar Mahmudov- “Texnika Bank “və AG Bank VASİTƏSİLƏ 2 MİLYARD OFŞORA ÇIXARIB


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov təkcə bir bank vasitəsilə ölkədən 2 milyard dollar pul çıxarıb. Bu barədə gununsesi.info-ya daxil olan məlumatda deyilir ki, həmin məbləğ ofşor zonalara yatırılıb. Məlumata görə, keçmiş nazir kifayət qədər böyük olan bu məbləği “Texnikabank” vasitəsilə ölkədən çıxarıb.

Qeyd edək ki, 2012-ci ildə MTN “Texnikabank”la bağlı əməliyyat keçirib. Bankın rəhbəri Etibar Əliyev başda 20-yə yaxın şəxs həbs olunub. Etibar Əliyevə qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. “MTN işi”ndən sonra isə bəlli olub ki, “Texnikabank”la bağlı həbslər bankı ələ keçirmək üçün olub. Təsadüfi deyil ki, Eldar Mahmudovun qudası, hazırda həbsdə olan Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbərliyindən istefa verəndən sonra “Texnikabank”ın başına keçmişdi. İndi bəlli olur ki, bu bank Eldar Mahmudov və Cahangir Hacıyevə maliyyə maxinasiyaları üçün lazım imiş.

Eyni zamanda Global Energy (Karasu və Şirvan oil şırkətləri) şırkətlərinə yerləşmiş olan Eldar Mahmudov mafiyasi adı çəkilən şirkətlərə  ayrılan illik 400  miliyon dollar  pul vəsaitinin cox cüzi bir hissəsini şırkətlərin hesabına buraxırmış.Hər il 350 milyon abş dollari vəsait Eldar Mahmudovun arvadına məxsus olan AGB bankin hesabında dövrüyəyə buraxılırmış.Əldə olunan milyonlarla dollar vəsait isə offşorlarla yatırılərmış

Rəsmi məlumata görə butip  əməliyyatlar  5 ildən cox davam edib

Məlumat ücün bildiririk ki Karasu Əməliyyət şirkətinin maliyyə hesabıarı AGB yerləşir.

Karasu Əməliyyat Şirkətinin illik maliyyə hesablarına müdaxilədan milyardlarla pul qazanan Eldar Mahmudov mafiyasina daxil olan qruplaşma( İslam Ovcuyev İntiqam Sadikov Hikmət Alişov Arif Alişov Əlisətdər Vəliyev  Vuqar Rasulov  Ziba Axundova Kama və Nazim Babaşyev) bu gündə adı cəkilən şirkətlərdə yüksək postlarda korrupsiya əməllərindən əl çəkmirlər

Məlumatlarda o da bildirilir ki, q ümumilikdə ölkədən 5 milyard dollar  vəsait çıxarıb. Hökumət dairələrində manatın bu vəziyyətə düşməsinin  əsas səbəbkarlarından biri kimi məhz Mahmudovun adı çəkilir.