OMON əməliyyatını Heydər Əliyev Petrosyanla razilaşıbmiş.Şok Faktlar


İsa Sadiqov

Heydər Əliyevdən “Petrosyanla danışdıq və OMON-a qarşı əməliyyat barədə razılaşdıq” sözlərini eşidən kimi mən qətiyyən tərəddüd etmədən maşına əyləşib birbaşa “Cavanşir” restoranına getdim. Əməliyyata 2 saata qədər vaxt qalmışdı. Orada mən OMON-çularla, Elçinlə görüşdüm.

28915_src

Onlara izah etdim ki, əməliyyat hazırlanması barədə Heydər Əliyevin əmri var, burada OMON-u mühasirəyə alıb məhv etmək mənə tapşırılıb, amma mən bunu etməyəcəyəm, arxa boşdur və onlar çıxıb hara istəsələr gedə bilərlər.

Mən onların gözlərinə baxdım. Onlar bir yerdə, çiyin-çiyinə döyüş əməliyyatlarında olduğumuz zamanlarda olduğu kimi, indi də məni başa düşürdülər.

Onlar mənə nifrət etməli idilər, amma əksinə, həmişə olduğu kimi “komandir” deyə sayğıyla müraciət edirdilər. Biz döyüş dostları idik, mən dünyalar qədər sevdiyim, uğrunda canımı belə verməyə hazır olduğum Vətənimin oğullarına güllə ata, onların qanını bu torpağa axıda bilməzdim.

Mən Azərbaycanda öz həmvətənlərimin qanını tökərək karyera qazanmaq naminə deyildim, bu Vətəni qorumaq naminə idim. Onlar həmişə olduğu kimi həmin anlarda da mənə inanır və güvənirdilər.

Mən onlara, hətta onu da dedim ki, əməliyyata saat neçədə başlayacağam. Heç nə demədən onlar mənim arxamca baxdılar. Onlardan ayrılmaq çox çətin idi, onlarla bir yerdə qalmaq istəyirdim.

Onlar mənə bilavasitə tabeçiliyimdə olanlar qədər sevimli və doğma idilər.

Ailəmi 3 gün ərzində deportasiya etdilər

Mənə, Gürcüstan vətəndaşına, Azərbaycanın müdafiə nazirinə qarşı Vətənə xəyanət və fərarilik ittihamı ilə cinayət işi qaldırıldı(?). Gün ərzində bir neçə dəfə AzTV və radio kanallarında məlumat verildi ki, “Heydər Əliyevin düşməni, xain, narkoman Isa Sadıqov həbs edilib”.

Dünyalar qədər sevdiyim anam həbsimə etiraz olaraq özünü qaynar su ilə yandırdı.

Bu dəhşətli hadisəni heç vaxt yadımdan çıxara bilmərəm.

Onu da həmişə xatırlayacağam ki, hərbi əməliyyatların ən şiddətli zamanlarında belə, hamı ilə eyni qaydada bombalardan qaçıb zirzəmilərə sığınan, yaşamaq üçün cəmi-cümlətanı Qazaxdakı bir taxta evdən başqa heç nəyi olmayan valideynlərimi, ailəmi 3 gün ərzində Azərbaycandan sınırdışı etdilər.

Onu da xatırlayıram ki, OMON-çuların həbsi ilə başlanan dəhşətli vahimə və qorxu şəraitində kimsə mənim qoca valideynlərimi müdafiə etməyə cəsarət etmədi.

Mənim qaynar su ilə yanmış anamı yalnız qonşular ölkənin siyasi və hərbi rəhbərliyindən gizlətməyə cəhd etmişdilər.

Ardı var

Polkovnik  İsa Sadikov