Qarabağ əlilini Zakir Qaralovun qəbulunda sürüdülər


shekil_1_1481715720

Xəbər verildiyi kimi, dekabrın 9-da Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşları qəbul edib. Qəbul zamanı xoşagəlməz hal baş verib. Əvvəlcədən Baş prokurorun qəbuluna yazılan 1-ci qrup Qarabağ əlili Vəfadar Hüseynova qarşı hörmətsizlik və qanunsuzluq halı baş verib. Bu barədə, V.Hüseynov özü məlumat verib:

Tıkla bunuda oxu – Baş prokuror Zakir Qaralovun anası ermənidir

“Eşitdim ki, Baş prokuror cənab Zakir Qaralov vətəndaşları qəbul etmək üçün Yevlax rayonuna gələcək. Mən də istədim onun qəbuluna düşəm, dərdimi deyəm. Bu məqsədlə Yevlax rayon prokuroru Elxan Pənahovla görüşdüm. O da söz verdi ki, səni qəbula yazırıq, narahat olma, görüşəcəksən. Amma cənab Baş prokuror rayona gələndə məni onunla görüşə buraxmadılar. Onun görüşü olacaq yerdə bir neçə polis məni kobudcasına, zorla sürüyə-sürüyə Post Patrul Xidmətinin avtomobilinə basaraq ərazidən uzaqlaşdırdılar. Gətirdilər Yevlax Polis idarəsinə. Dedilər ki, səni rəis gözləyir. Ha gözlədim, məni kimsə qəbul etmədi. Bir müddət sonra polislər dedi ki, “Dur get! Daha rəis gələsi olmadı!” Mən Baş prokurorun qəbul etdiyi yerə gələndə isə bəlli oldu ki, cənab Zakir Qaralov artıq Yevlağı tərk edib. Belə iş olar?! Məgər Baş Prokuror vətəndaşları dinləməyə gəlməmişdi? Eləysə niyə məni, hər iki gözünü, sağlamlığını vətənimizin müdafiəsində itirən bir insanı qəbul etmədi?! Mən vətəndaş deyiləmmi, problemim ola bilməzmi?!”

Qeyd edək ki, Vəfadar Hüseynov 1-ci qrup Qarabağ əlilidir, o, 2001-də Füzuli rayonunda düşmənlə təmas xəttində xidmət zamanı yaralanıb. Hər iki gözünü itirib. 280 manat pensiya, 165 manat Prezident təqaüdü alır. Həyat yoldaşı Mahirə Hüseynova da 1-ci qrup əlildir.