ABŞ-da qəbul edilən yeni qanun Azərbaycana Sanksyalar tətbiq etməyə əsas verir


300px-wall-street_nueva_york6397

Kompensasiya ödənmədən vətəndaşın zorla evindən çıxarılması, heykələ şüar yazmaq üstündə 10 il həbs, polis işgəncələri…

Bütün bunlar Azərbaycanda təməl insan haqlarının pozulmasına dair beynəlxalq qurumların tənqidlərində göstərilən nümunələrdir.

10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində ABŞ Konqresi “Qlobal Maqnitski” qanunu qəbul edib. Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza qadağası qoymaq və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.

Bu qanunun Azərbaycana da tətbiqi mümkündür

Freedom House təşkilatının prezident əvəzi Daniel Calingaert AzadlıqRadiosu-na deyir ki, insan haqları pozulmaqda davam edəcəksə, bu qanunun Azərbaycana da tətbiqi mümkündür:

“Konqresin müəyyən üzvləri, vətəndaş cəmiyyəti üzvləri sanksiyalar üçün fərdlərin adlarının sanksiyalar siyahısına əlavə edilməsini təklif edə bilərlər. Mən başa düşürəm ki, prezident administrasiyasında bir sıra rəsmilər kimlərinsə adlarının sanksiya siyahısına düşməməsini istəyə bilərlər. Yeni qanunun əhəmiyyəti də burasındadır ki, o sanksiya üçün adların Konqres üzvləri tərəfindən verilməsini də nəzərdə tutur. Amerikanın insan haqları qrupları da sanksiyaların tətbiq olunması üçün Azərbaycan rəsmilərinin adlarını təqdim edə bilər. Yəni burada böyük bir təzyiq olacaq”.

Bəzi rəsmilərə qarşı sanksiyalara əsas yaranır

Daniel Calingaert deyir ki, ABŞ və Azərbaycan arasında enerji və təhlükəsizlik maraqları olmasına baxmayaraq, bəzi rəsmilərə qarşı sanksiyalar üçün hüquqi əsas yaranır.

Ötən il Azərbaycanda insan haqlarının pozulması ilə bağlı “Azərbaycanda Demokratiya haqqında qanun” layihəsini Konqresə təqdim edilib. Bu layihədə Azərbaycan rəsmilərinə və onlarla biznes əlaqələrində olanlara ABŞ-a viza verilməsindən imtina, həmçinin bir sıra maliyyə cəzalarının tətbiqi nəzərdə tutulur. Amma dekabrın 8-də qəbul edilən qanunda konkret ölkələrin adları çəkilməsə də sənədin məzmunu təxminən eynidir.