Ramil Usubova məxsus kərpic zavod aşkarlandı 


Mötəbər mənbədən aldıgımız məlumata görə  R-Turan MMC Atbulaq Haciqabul kərpic zavodunun  Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubova məxsus olduğu bildirilir 

Hətta bundan ölkə prezidentinin də məlumatı olduğu qeyd olunur 

Mənbənin bildirdiyinə görə vaxtı ilə R-Turan MMC kərpic zavodun açılışında Prezident Ilham Əliyev şəxsən  özü iştirak edib 

Hacıqabul rayon Atbulaq kəndində yerləşən (Bakı Qazax yolunun 72km)    “R-Turan” MMC-  Kərpic zavodu – müxtəlif ölçülərdə kərpic istehsal etməklə Respublikanın iri istehsal müəssisələrindən hesab edilir. Ən son istehsal avadanlıqları ilə təchiz edilmiş müəssisənin illik istehsal gücü 50 mln kərpic illik gəliri  isə 25 mln manatdır.

Qanunvericilikdə isə   DİN-nin hər hansı biznes sahəsi ilə məşğul olması qanunla qadağandır 

R-Turan MMC kərpic zavodu rəsmi sənədlərdə Ramil Usubovun adına olmasada  amma İcracı direktoru Ramil Usubovun  əskərlik dostudur.

Onun oğlu Vüqar isə Respublika DYP ıdarəsinin  Nəvai kəndində yerləşən Stasionar Yol Polis Postunun rəisidir  

Saytımız yaxın günlərdə Daxili İşlər Naziri Ramil Usubova məxsus  Ölkə daxilində və xaricində fəaliyyət göstərən   bütün biznes şəbəkələrini (restoran ,hotel ,zavodlar ) ölkə ictimaiyyətinin diqqətinə çatdıracaqdır 

EAN