İranda Oguz Türkləriylə-kürd qarşıdurması başlandı – Durum GƏrgindir – Fotolar


İranda keçirilən 10-cu parlament seçkiləri  Güney Azərbaycanda – xüsusilə ölkənin Qərbi Azərbaycan ostanında qalmaqal və qarşıdurmalarla müşayiət olunur.

TURKUSTAN.info-nun Güney mənbələrindən yenicə əldə etdiyi xəbər və fotolara görə, parlament seçkiləri Qərbi Azərbaycan ostanında digər Azərbaycan ostanları ilə müqayisədə daha aktiv və həyəcanlı keçirilir. Bunun səbəbi isə həmin ostanda azlıqda yaşayan kürdlərin və onların terrorçu qruplarının seçki saxtakarlığını yürüdülməsidir.

Ostanın Urmu, Sulduz və Salmas şəhərlərində kürd namzədin məclisə göndərilməsi üçün bütün vasitələrə əl atan kürd terrorçu ve separatçı qüvvələrinə qarşı Azərbaycan türkləri ciddi müqavimət göstərir. Sulduz şəhərində hal-hazırda vəziyyət gərgindir. Kürdlər öz namzədlərinin məclisə getmə hüququ qazana bilməyəcəyi təqdirdə iğtişaş yaradacaqlarını əvvəlcədən bəyan edərək yaşadıqları bölgələrdə təxribat aksiyaları həyata keçiriblər. Buna qarşılıq olaraq da Azərbaycan türkləri şəhərin “Fərmandari” meydanında toplaşaraq kürdlərin seçki saxtakarlığa öz etirazlarını bildirirlər.

Məlumatda əlavə olunur ki, Sulduz şəhəri qeydiyyatında olmayan başqa kürd bölgələrindən Sulduzda səsverməyə gələn bir neçə avtobus görünüb. Bununla yanaşı səsvermə dairələrində Sulduz qeydiyyatı olmayan bir çox seçici aşkar edilib. Bu isə türklərin hiddətinə səbəb olub.

Qeyd edək ki, azınlıqda yaşayan kürdlərin Azərbaycan türklərinə qarşı irəli sürdüyü ərazi iddiası və bu doğrultuda Tehrandan aldıqları müəyyən dəstəklə aparılan demoqrafik dəyişiklik siyasəti Azərbaycan türkləri və kürdlər arasında münaqişənin yaranmasına səbəb olub.